Ancelotti Braziliya millisindən öncə...
19.11.2023 - 12:41
"Real" Karlo Ançelottinin müqavilə müddətini artıraraq komandada saxlamaq istəyir.
Apasport.az "Marca"ya istinadən xəbər verir ki, "kral klubu" təcrübəli italyana 2 illik yeni müqavilə təklif etmək niyyətindədir.
Bu, klubun prezidenti Florentino Peresin təşəbbüsüdür. Təcrübəli məşqçiyə “1+1” sistemi üzrə və ya birbaşa 2 illik təklif irəli sürüləcək. Bundan sonra isə o, böyük ehtimalla Braziliya millisinə rəhbərlik edəcək.
Qeyd edək ki, onun “Real”la hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
0
0