Rauf Əliyev: "Qarabağ" bu mövsüm ilk mərhələlərdə daha inamlı olacaq"
18.07.2024 - 17:17
Rauf Əliyev: "Qarabağ" bu mövsüm ilk mərhələlərdə daha inamlı olacaq"

“Qarabağ”ın sabiq hücumçusu Rauf Əliyev Apasport.az saytına açıqlama verib. Ağdam klubunun veteran futbolçusu Azərbaycan çempionunun hazırkı durumunu şərh edib.

Bununla yanaşı, “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Linkoln”la oyunundakı şanslarını dəyərləndirib: “Qarabağ”da hər şey normal görünür. Güclənmək baxımından yeni transferlər də ola bilər. Linkoln" “Qarabağ” üçün uyğun rəqibdir. “Qarabağ” ötən mövsüm bu rəqib üzərində inamlı qələbə qazanmışdı. Amma futboldur da. Zamanı qabaqlamayaq. Sadəcə məsələ budur ki, “Qarabağ” üçün tanış rəqibdirsə, daha yaxşıdır. Ümidvaram ki, hər şey komandamız üçün uğurlu alınacaq.

"Qarabağ" toplanışdan sonra çox zaman ilk rəsmi oyunlarda bir az istədiyi formada olmur. Amma fikrimcə, rəqib bir az uyğun rəqib olsa, "Qarabağ" üçün problem olmayacaq. İlk mərhələdə "Qarabağ" qələbə qazanarsa, qarşıdakı matçlarda daha inamlı təsir bağışlayar. Əvvəlki illərə baxanda, "Qarabağ" bu mövsüm ilk mərhələlərdə daha inamlı olacaq. Daha da yaxşı təsir bağışlayacaq. Nədənsə, belə düşünürəm”.

writer photo
Əlirza Əlirzalı
0