"Milan" onu istəyir
01.09.2023 - 16:29
"Milan" onu istəyir

"Betis"in hücumçusu Joze Villian karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az saytı xəbər verir ki, 31 yaşlı braziliyalı "Milan" klubunun diqqətini cəlb edib.

Mövsümə yaxşı başlayan forvard 3 matçda 2 qolla yadda qalıb. Oyunçunun transferi üçün qarşı tərəfə müraciət etməyə hazırlaşan İtaliya klubu 6 milyon avro ödəyərək Villianı almağı planlaşdırır.

Qeyd edək ki, Jozenin ispanlarla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

writer photo
Əlirza Əlirzalı
0