"Araz-Naxçıvan" baş məşqçisi Azər Bağırovla yollarını ayrıb.
Apasport.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçinin mətbuat xidmətindən açıqlama verilib:
"Baş məşqçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Klubumuz adında Azər Bağırova gördüyü islərə görə təşəkkür edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq. Komandanı qarşıdakı oyunlara hazırlaşdıracaq məşqçilərlə bağlı əlavə məlumat veriləcək".
Qeyd edək ki, “Araz-Naxçıvan” ötən mövsüm Azər Bağırovun rəhbərliyi altında birinci divizionda çempion olub. Komanda Premyer Liqada 29 turdan sonra 32 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşır.