“Barselona”da yeni müqavilə
04.07.2022 - 11:11
“Barselona”da yeni müqavilə

“Barselona”da daha bir futbolçunun taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Qavi ilə danışıqlar müsbət yekunlaşıb.

17 yaşlı oyunçu Kataloniya klubu ilə yeni müqavilə imzalamağa razılıq verib. İspaniya millisinin üzvü sözləşmə müddətini 2026-cı ilin yayına qədər uzadacaq. Qavi iyulun 11-də istirahətdən qayıtdıqdan sonra münasibətləri rəsmiləşdirəcək.

Onun hazırkı anlaşması 2023-cü ilin yayına qədər nəzərdə tutulub və 50 milyon avroluq sərbəst qalma bəndi var. Yeni sazişdə təzminat məbləği də artırılacaq.

Qeyd edək ki, Qavi ötən mövsüm 46 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0