"Maraqlı oyun alındı. Uşaqları təbrik edirəm”.
Apasport.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov deyib.
O, Misli Premyer Liqasının XVII turunun “Sabah”la ev oyunu (2:0) barədə fikirlərini açıqlayıb: “Bütün üç zonada yaxşı mübarizə apardıq. haqq etdiyimiz qələbəni qazandıq. Vaxtı gecikdirməyə çalışdıq, rəqib tərəfdə oynadıq. Futbolda olan bəzi cığallıqları etməməklə qələbə qazandıq".
- Futbolçularınıza irad bildirdiz ki, "biclik"ləri yoxdur...
- Rəqib səni vurur, sarı kart aldırır. Meydanda bəzi gedişlər var. Həkimin gəlməsi, filan. Qələbəyə ac idilər. Uşaqlar tempi qaldırırdılar. Bu yaxşıdır. Amma hiylə də lazımdır. Oyun strategiyanın üzərində qurulur. Hardasa "biclik" olmalıdır.
- Rəqibi çox yaxşı analiz etmişdiz. "Sabah"ı iflic etmək üçün nə tapşırığı vermişdiz?
- Motivasiya çox önəmlidir. Rəqibin keçən oyunda meydanda izləyirdim. Əsasən hücum xəttinə topun çatmaması, müdafiədən topun çıxmaması - bunlar əsas tapşırıq idi. İsak Belfodilin sığortası var idi.
- Hücumda bu dəfə Nuno oynayırdı...
- Üç hücumçu ilə oynadıq. Çox qol epizodlarını boşa verdik. Düşünürdük ki, birinci hissədə hər şeyi bitirək. Bəzən elə alınır ki, ikinci-üçüncü varianta keçməlisən. İkinci yarı tam başqa varianta keçdik.
- "Sabah" "Səbaail"ə qalib gəldi, sizi uda bilmədi. Necə etdiz bunu?
- "Səbail" tam başqa motivasiya ilə çıxmışdı. Bizdə isə sonuncu oyunumuz idi deyə, daha istəkli idik. Ola bilər ki, "Səbail" tam başqa cür yaxınlaşdı. Fərqlidir. Biz müdafiədə risk edə bilirik. Müdafiəçilərimizin həmişə birə-bir oynamalarını istəyirəm. Bu tərəfdən üstünlüyümüz olur.