Azər Salahlı: “Bu dəfə final oyunu kimi düşündük”
13.06.2022 - 22:05
Azər Salahlı: “Bu dəfə final oyunu kimi düşündük”

“Yaxşı oyun və yaxşı qələbə oldu”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının futbolçusu Azər Salahlı Millətlər Liqasının qrup mərhələsində Belarus üzərində qazanılan 2:0 hesablı qələbə barədə danışarkən deyib.

Qarşılaşmadan sonra “CBC Sport” telekanalına danışan müdafiəçi təəssüratlarını bölüşüb: “Bu qalibiyyəti bizi hər oyunda dəstəkləyən azarkeşlərə həsr edirik. Əvvəlki görüşləri də yaxşı keçirmişdik. Sadəcə, imkanlardan yararlana bilmirdik. Bu dəfə isə şanslardan lazımınca faydalandıq. Qrupdakı oyunları müqayisə etsək, hamısı çətin idi. Sadəcə, epizodlardan istifadə edə bilsəydik, bizə asan ola bilərdi. Bu dəfə final oyunu kimi düşündük və meydana bu cür çıxdıq. Əsas qələbə tilsimini qırmaq idi. Bunu da bacardıq”.

writer photo
Əlirza Əlirzalı
0