Azər Salahlı: "Cavab matçına üstün yollanmaq istəyirik"
03.08.2022 - 17:29
Azər Salahlı: "Cavab matçına üstün yollanmaq istəyirik"

“Sabah bizi ağır oyun gözləyir".

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Azər Salahlı Konfrans Liqasının III təsnifat mərhələsində Avstriya klubu “Rapid”lə keçiriləcək ilk oyun barədə danışarkən deyib.

28 yaşlı müdafiəçi matçın oynanılacağı “Bakcell Arena” təşkil edilən mətbuat konfransında bu fikirləri səsləndirib: “Təcrübəli və güclü komandaya qarşı oynayacağıq. Bunu başa düşürük. Ancaq yenə də qələbə qazanıb, cavab matçına üstün yollanmaq istəyirik. Komandada ab-hava çox yaxşıdır. Ancaq "Aris"lə görüş artıq geridə qalıb. Bütün diqqətimiz sabahkı görüşədir".

writer photo
Əlirza Əlirzalı
0