Vitali Borisov: “Narazı deyiləm”
15.09.2023 - 22:17
Vitali Borisov: “Narazı deyiləm”

“İki standart vəziyyətdən və bir səhvdən sonra qollar buraxdıq”.

Apasport.az-ın məlumatına görə, bunu futzal yığmasının baş məşqçisi Vitali Borisov deyib.

Dünya çempionatının elit-mərhələsinin ilk oyununda səfərdə Rumıniyaya uduzan millimizin çalışdırıcısı komandanın çıxışından narazı qalmayıb. Borisov hələ mübarizənin bitmədiyini bildirib: “Uşaqlar pis oynamadılar. Sona qədər mübarizə apardıq. Rəqib qapıçı çox yaxşı dayandı. Futzalda standart vəziyyətlər oyunun nəticəsinin 70 faizini müəyyənləşdirir. Rəqib bundan maksimum istifadə etdi, biz isə yararlana bilədik. Yenə deyirəm, komandamdan narazı deyiləm. Əllərindən gələni etdilər ki, məğlubiyyətdən qaçaq. 
Sentyabrın 20-də Niderlandla keçirəcəyimiz oyuna hazırlaşacağıq. Hələ mübarizə başa çatmayıb və heç nə məlum deyil. Oyunların çoxu qarşıdadır. Sadəcə, statistik göstəricilər komandamızın tərəfində olsa da, bu gün 3 xalı itirən tərəf biz olduq”.

Qeyd edək ki, yığmamız bu gün səfərdə Rumıniyaya 1:3 hesabı ilə uduzub.

writer photo
Əlirza Əlirzalı
0