Dünya ölkələrinin qlobal idman reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, 2022-ci ilin arxada qalan hissəsində keçirilən nüfuzlu yarışlarda qazanılan nəticələrə əsasən tərtib olunan cədvəldə 131 ölkə yer alıb.
Azərbaycanın mövqeyində dəyişiklik olub. Ölkəmiz ötən reytinq cədvəli ilə müqayisədə 2 pillə geriləyib.
249 xala malik Azərbaycan dünyada 48-cidir. Ötən cədvəldə 162 xalla 46-cı olan idmançılarımız 87 xal əldə etsə də, mövqeyini qoruya bilməyib. Qazanılan xalların 87-si yunan-Roma, 47-si sərbəst güləşçilərin aktivindədir. Cüdoda 43, taekvondoda 32, qılıncoynatmada 22, atıcılıqda 12, bədii gimnastikada 6 xal qazanılıb.
Azərbaycan Avropada 27-ci yerdədir. Siyahıya 5991 xalla ABŞ başçılıq edir. Kanada (2648) ikinci, Çin (2554) üçüncüdür.
Qeyd edək ki, Azərbaycan 2021-ci ildə 43-cü, 2019-cu ildə 47-ci, 2018-ci ildə 40-cı olub. 2020-ci ildə isə koronavirus səbəbindən siyahı tərtib olunmayıb.