“Qarabağ”ın səfər proqramı açıqlandı
24.07.2022 - 14:30
“Qarabağ”ın səfər proqramı açıqlandı

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə "Sürix" ilə qarşılaşacaq "Qarabağ"ın səfər proqramı bəlli olub. 

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi iyulun 25-i İsveçrəyə yollanacaq.

Komandanı Sürix şəhərinə aparacaq təyyarə saat 17:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

İyulun 26-da saat 18:40-da (Bakı vaxtı ilə 20:40) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 19:00-da isə (Bakı vaxtı ilə 21:00) matçın keçiriləcəyi "Letsiqrund" stadionunda media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Qeyd edək ki, "Sürix" - "Qarabağ" oyunu iyulun 27-də Bakı vaxtı ilə 21:00-da baş tutacaq. İlk matçda təmsilçimiz 3:2 hesabı ilə qalib gəlib.
 

writer photo
Əlirza Əlirzalı
0