Azərbaycan - Avstriya: KİM ŞANSLIDIR?
16.10.2023 - 12:07
AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Avstriya görüşünün əmsalları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bukmeker kontorları qonaqları matçın favoriti sayırlar.
Bu gün Bakıda baş tutacaq matçda Avstriyanın qələbəsi 1,34, millimizin uğuru 8,05 əmsaldır. Qarşılaşmada heç-heçəyə 4,91 əmsal verilib.
Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.
0
0