“Şahdağ Qusar” Azərbaycan çempionatlarında 200-cü qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, II Liqada mübarizə aparan komanda 13-cü turun matçında “Göygöl”ə qalib gəlib.
Qusarlılar səfərdə 4 cavabsız qol vurub.
Bu, “Şahdağ Qusar”ın II Liqada 8-ci qələbəsi olub.
Ölkə çempionatlarında 1992-ci ildən çıxış edən komanda cari mövsümədək fasilələrlə mübarizə apardığı Premyer Liqada (əvvəl güclülər dəstəsi) 59, I Liqada (əvvəl I dəstə və I divizion) 133 dəfə qalib gəlib. “Şahdağ”, “Neftqaz” və “Şahdağ Samur” adlarını da daşımış komanda 200-cü qələbəsi ümumilikdə 558-ci görüşündə əldə edib.
“Şahdağ Qusar” ölkə futbolu tarixinə çempionatda ən azı 200 qələbə qazanan 11-ci komanda kimi düşüb. Qusarlıların ilk qələbəsi 1992-ci il mayın 8-də güclülər dəstəsinin “Çıraqqala” ilə ev matçına təsadüf edib – 1:0.