“Neftçi” Samir Abasovla vidalaşdı, yeni baş məşqçi növbəti iclasa qaldı
08.06.2022 - 20:51
“Neftçi” Samir Abasovla vidalaşdı, yeni baş məşqçi növbəti iclasa qaldı

Bu gün “Neftçi” PFK-nın Müşahidə Şurasının iclası keçirilib. 

Apasport.az-ın Bakı təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, klub prezidenti Kamran Quliyev ümumi işlər haqqında çıxış edib.

Ardınca vitse-prezident Elnur Eyvazov infrastruktur baxımından görülən işlər, növbəti planlar, idman direktoru Zaur Əzizov isə A, B komandaları və Akademiya haqqında hesabat verib. Sonra müzakirələr aparan şura üzvləri bəzi qərarlar verib, o cümlədən əsas komandanın baş məşqçisinin taleyinə aydınlıq gətirib. 

Paytaxt klubu Samir Abasovla müddəti başa çatan müqaviləni uizatmamağı məqsədəuyğun sayıb. Yeni çalışdırıcı isə qarşıdakı 6 gündə müəyyənləşəcək.

1. Akademiya binası növbəti mövsümün sonuna qədər tam tikilib istifadəyə verilsin;

2. Samir Abasova xidmətlərinə görə təşəkkür edilsin, onunla və məşqçi heyəti ilə yeni müqavilə imzalanmasın;

3. Rəşad Abdullayev B komandaya baş məşqçi təyin edilsin;

4. Akademiyaya bu ayın sonuna qədər təklif olunan namizədlər arasından bir nəfər əcnəbi mütəxəssis texniki direktor təyin edilsin;

5. A komandaya təklif olunan baş məşqçi namizədlərindən biri ilə danışıqlar yekunlaşsın və 14 iyun tarixinə qədər keçirilməsi planlaşdırılan Müşahidə Şurasının iclasına çıxarılsın;

6. Media və Marketinq Departamentinin hesabatı, büdcənin təsdiqi və digər məsələlərin müzakirəsi növbəti görüşün gündəliyinə salınsın.

writer photo
Əlirza Əlirzalı
0