Azərbaycan çempionundan qələbə və məğlubiyyət
17.08.2023 - 21:16
Azərbaycan çempionundan qələbə və məğlubiyyət

Futzal üzrə Çempionlar Liqasına hazırlığını davam etdirən “Araz-Naxçıvan” 2 yoldaşlıq oyunu keçirib.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti açıqlayıb.

Ölkə çempionu “Olimpik Star”da Tacikistan təmsilçisi “İstiqlol”la qarşılaşıb. Komandaların bir gün əvvəlki ilk görüşündə Düşənbə təmsilçisi qələbə qazanıb – 5:2. 

Bu gün keçirilən dueldə isə sevinən tərəf “Araz-Naxçıvan” olub. Ölkə çempionu 4:1 hesablı qələbə qazanıb. İlk qolu Lukas vurub. Daha sonra İsa Atayev fərqlənib. Ninoslav və Filipinyo son 2 qolun müəllifi olub. İlk matçda isə təmsilçimizin hər iki qoluna Amadeu imza atıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” Çempionlar Liqasında oyunlarını avqustun 23-də, 24-də və 26-da keçiriləcək. İlk matçda “İstanbul Şişli” ilə üz-üzə gələcək Vitali Borisovun yetirmələri ertəsi gün Almaniya çempionu “Yan Regensburq”la gücünü sınayacaq. Son görüş isə Latviya “Riqa”sı ilə olacaq.
 

writer photo
Əlirza Əlirzalı
0