Azərbaycan çempionunun baş məşqçisi: “Əlimizdə material var”
10.09.2022 - 10:10
Azərbaycan çempionunun baş məşqçisi: “Əlimizdə material var”

“Yeni komanda qurmuşuq. Bir aydan az vaxtdır ki, məşq edirik”. 

Apasport.az saytının məlumatına görə, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Joze Alesio Da Silva deyib.

Braziliyalı mütəxəssi ölkə çempionunun “Neftçi” ilə yoxlama oyunundakı qələbədən sonra Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verib. Da Silva Çempionlar Liqasına hazırlığı dəyərləndirib: “Bu zaman futzal üçün çox azdır.  Hətta şənbə və bazar günləri də məşqlərə ara vermirdik. Oyuna gəldikdə, razı qaldığım deməliyəm. İntizamlı oynadıq, sona qədər mübarizə apardıq, məşqlərdə etdiyimiz taktiki tapşırıqları reallaşdırmağı bacarırdıq. Əlbəttə, daha çox oyun keçirməli, səhvlərimizi görməliyik. Amma biz hazırlıq prosesində ilk oyunumuza çıxdıq. Heyətimizdə olan oyunçuların hamısına şans verdik. Xəzər Ağalızadə, Cavad Məmmədov, Azər Fərmanov gələcəkdə millinin formasını geyinməyə namizəd gənclərdir. Onlar azda olsa, oynamaq şansı qazandılar. Üç futzalçımız isə zədəlidir. UEFA Çempionlar Liqasına qədər çempionat və yoldaşlıq oyunları ilə bu boşluğu doldurmalıyıq. Hələlik 55-60 faiz hazır olduğumuzu deyə bilərəm. Amma qarşıda bir aydan çox vaxtımız var. Vacib odur ki, əlimizdə material var və işləmək olar.  Taktiki planda axsadığımız məqamları məşqlərdə düzəltməliyik”.

Qeyd edək ki, “Araz Naxçıvan” 6:0 hesabı ilə qalib gəlib.

writer photo
Əlirza Əlirzalı
0