Xavi prezidentdən razıdır
31.01.2024 - 17:06
Xavi prezidentdən razıdır

“Laportya mənə inandığı üçün minnətdaram”.

Apasport.az xəbər verir ki, bu sözlər "Barselona"nın baş məşqçisi Xavi Hernandesə aiddir.

44 yaşlı mütəxəssis klub prezidenti ilə münasibətindən danışıb: “"Klub daxilində hər kəs mənə dəstək oldu. Ən məsuliyyətli şəxs və rəhbər bizim prezidentimizdir. Laporta mənə inandı və mən ona çox minnətdaram. Ümid edirəm ki ən qısa vaxta vəziyyəti düzəltməyə nail olacam".

Qeyd edək ki, uğursuz nətəicələrə görə 44 yaşlı ispaniyalının komandadan ayrılması gündəmdədir.

writer photo
Əlirza Əlirzalı
0