Müller ÇL-də 54-cü qolunu vurub
06.03.2024 - 12:19
Müller ÇL-də 54-cü qolunu vurub

"Bavariya"nın hücumçusu Tomas Müller Çempionlar Liqasının 1/8 final mərhələsində "Latsio" ilə matçda qol vurub.

Apasport.az xəbər verir ki, bu, alman futbolçunun Çempionlar Liqasında 54-cü qoludur. Almaniyalı bu göstəriciyə 149 matçda çatıb.

Həmçinin Müller 2013-cü ilin aprelindən bəri Çempionlar Liqasının pley-off mərhələsində "Bavariya"nın ən yaşlı qolçusu olub.

Qeyd edək ki, 34 yaşlı Müller "Bavariya"nın yetirməsidir. Bu mövsüm o, bütün turnirlərdə 29 oyun keçirib, üç qol vurub və 8 məhsuldar ötürmə edib.

 

writer photo
Əlirza Əlirzalı
0