Azərbaycan çempionunun baş məşqçisi: “Son oyunu düşünməliyik”
24.08.2023 - 17:19
Azərbaycan çempionunun baş məşqçisi: “Son oyunu düşünməliyik”

“Maraqlı qarşılaşma izlədik. Bu gün dünənki oyunla müqayisədə komandam daha yaxşı çıxış etdi”. 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan çempionu “Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisov deyib.

Gənc mütəxəssis futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsinin “Yan Reqensburq”la qarşılaşması barədə fikirlərini azfutzal.az-a açıqlayıb: “Onu da nəzərə alaq ki, Almaniya çempionu Türkiyə çempionu ilə müqayisədə daha güclüdür. Nəticəyə görə komandamı təbrik edirəm. Əlbəttə, bugünkü matçı da analiz edəcəyik, düzəldilməli olan məqamları futzalçılara çatdıracağıq. “Yan Reqensburq”la matçı ayrıca dəyərləndirsək, fasilədən sonra nümayiş etdirdiyimiz oyun daha yaxşı idi. Artıq son oyunu düşünməliyik. Çünki vəsiqənin taleyi 2 gün sonra keçirəcəyimiz oyunda həllini tapacaq”.

Qeyd edək ki, “Araz-Naxçıvan” 5:0 hesablı qələbə qazanıb.
 

writer photo
Əlirza Əlirzalı
0