Azərbaycan güləşçisi Bolqarıstanda finala çıxdı
02.03.2023 - 23:54
Azərbaycan güləşçisi Bolqarıstanda finala çıxdı

Bolqarıstanın paytaxtı Sofiyada start götürən Dan Kolov və Nikola Petrovun xatirəsinə həsr olunmuş turnirdə Azərbaycanın bir sərbəst güləşçisi finala çıxıb.

Apasport.az xəbər verir ki, bu, İntiqam Vəlizadədir (61 kq). O, finalda Rəcəp Topalla (Türkiyə) qarşılaşacaq.

92 kq-da çıxış edən İbrahim Yusubov isə bürünc medal görüşündə iştirak hüququ qazanıb. Onun rəqibi Andrian Qrosul (Moldova) olacaq.

Qeyd edək ki, Azərbaycan bu turnirdə 9 güləşçi (6 kişi və 3 qadın) ilə təmsil olunur. Yarışa martın 5-də yekun vurulacaq.

writer photo
Əlirza Əlirzalı
0