“Latsio”da Luis Albertonun gələcəyinə aydınlıq gəldi
02.10.2023 - 15:34
“Latsio”da Luis Albertonun gələcəyinə aydınlıq gəldi

“Latsio” futbolçusu Luis Alberto ilə müqaviləni uzadacaq.

Apasport.az saytının məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi ilə yeni anlaşma 2027-ci ilin yayına qədər olacaq.

Onun illik maaşı 4 milyon avro təşkil edəcək. Müqavilədə sonradan bir illik uzadılma bəndi də yer alacaq.

Qeyd edək ki, Alberto 2016-cı ildə “Liverpul”dan “Latsio”ya keçib. Bu müddətdə 271 matça çıxan ispaniyalı 49 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0