Azərbaycan idmançılarını bu il gözləyən mötəbər turnirlər – SİYAHI
29.01.2023 - 20:56
Azərbaycan idmançılarını bu il gözləyən mötəbər turnirlər – SİYAHI

2023-cü il dünya idmanı ilə zəngin olacaq. Bu il Azərbaycan idmançıları bu yarışlardan Vətənə medalla qayıtmağa çalışacaq. Sevindirici haldır ki, bu mötəbər yarışlardan 1 Avropa və 2 dünya çempionatı paytaxtımız Bakıda baş tutacaq.

Apasport.az həmin mötəbər yarışların siyahısını təqdim edir:

2-14 mart. Kişi şahmatı üzrə Avropa çempionatı (Vrnyaçka Banya, Serbiya)

5-15 mart. 10 metr məsafəyə atıcılıq üzrə Avropa çempionatı (Tallin, Estoniya)

15-31 mart. Qadın boksu üzrə dünya çempionatı (Nyu Dehli, Hindistan)

17-30 mart. Qadın şahmatı üzrə Avropa çempionatı (Petrovats, Monteneqro)

22-26 mart. Karate üzrə Avropa çempionatı (Qvadalaxara, İspaniya)

11-16 aprel. İdman gimnastikası üzrə Avropa çempionatı (Antalya, Türkiyə)

15-23 aprel. Ağırlıqqaldırma üzrə Avropa çempionatı (İrəvan, Ermənistan)

17-23 aprel. Güləş üzrə Avropa çempionatı (Zaqreb, Xorvatiya)

22-23 aprel. Sambo üzrə Avropa çempionatı (Rişon LeTSion, İsrail)

1-14 may. Kişi boksu üzrə dünya çempionatı (Daşkənd, Özbəkistan)

7-14 may. Cüdo üzrə dünya çempionatı (Doha, Qətər)

17-21 may. Bədii gimnastika üzrə Avropa çempionatı (BAKI, AZƏRBAYCAN)

29 may – 4 iyun. Taekvondo üzrə dünya çempionatı (BAKI, AZƏRBAYCAN)

21 iyun – 2 iyul. III Avropa Oyunları (Krakuv və Mavopolska, Polşa)

22-25 iyul. Qılıncoynatma üzrə dünya çempionatı (Milan, İtaliya)

28 iyul – 8 avqust. XXXI Yay Universiadası (Çendu, Çin)

14 avqust – 3 sentyabr. Atıcılıq üzrə dünya çempionatı (BAKI, AZƏRBAYCAN)

15 avqust – 3 sentyabr. Qadın voleybolu üzrə Avropa çempionatı (Belçika, İtaliya, Almaniya, Estoniya)

21-27 avqust. Badminton üzrə dünya çempionatı (Kopenhagen, Danimarka)

23-27 avqust. Bədii gimnastika üzrə dünya çempionatı (Valensiya, İspaniya)

2-17 sentyabr. Ağırlıqqaldırma üzrə dünya çempionatı (Ər-Riyad, Səudiyyə Ərəbistanı)

4-20 sentyabr. Stend atıcılığı üzrə Avropa çempionatı (Leobersdorf, Avstriya)

16-24 sentyabr. Güləş üzrə dünya çempionatı (Belqrad, Serbiya)

30 sentyabr – 8 oktyabr. İdman gimnastikası üzrə dünya çempionatı (Antverpen, Belçika)

21-30 oktyabr. III Ümumdünya Kombat Oyunları (Ər-Riyad, Səudiyyə Ərəbistanı)

24-29 oktyabr. Karate üzrə dünya çempionatı (Budapeşt, Macarıstan)

3-5 noyabr. Cüdo üzrə Avropa çempionatı (Monpelye, Fransa)

10-12 noyabr. Sambo üzrə dünya çempionatı (İrəvan, Ermənistan)

17-26 noyabr. Kikboksinq üzrə dünya çempionatı (Lissabon, Portuqaliya)

Səbuhi Musa

writer photo
Əlirza Əlirzalı
0