Bu gün son Avropa çempionu İtaliya ilə Amerika Kubokunun qalibi Argentina üz-üzə gələcək.
Apasport.az saytının məlumatına görə, “Uembli”də baş tutacaq Finalissimaya maraq hədsiz böyükdür.
Maraqlı proqnozları ilə tanınan “Viasat” telekanalının şərhçisi Aleksey Andronov da bu görüşlə bağlı da təxminini açıqlayıb. Mütəxəssis təklif etdiyi kuponda qarşılıqlı qollar gözləyir:
Olduqca gülməli ad alan matç – Finalissima. Qitə çempionları qarşılaşır. İtaliyanın dünya çempionatına çıxa bilməməsi gülməlidir. Böyük ehtimalla yoldaşlıq görüşü kimi olacaq.
Düşünürəm ki, gərgin klub mövsümündən sonra yorulan futbolçular bu görüşü rəsmi matç kimi ciddiyə almayacaqlar.
Kompozisiyalarla bəzi təcrübələr mümkündür. Məncə, ən yaxşı mərc vurulan qol sayına olar. Əgər rəsmi qarşılaşma olsaydı, yəqin ki, sizi ALT oynamağa dəvət edərdim. Amma oyun o qədər də əhəmiyyəti olmadığını nəzərə alaraq, hər iki komandanın qol vurmasına mərc etməyi məsləhət görürəm. Bu mənada 2,06 əla əmsal kimi görünür.
Proqnozum: Qol/Qol