Fequli Türkiyəyə qayıtdı
29.11.2022 - 19:52
Fequli Türkiyəyə qayıtdı

"Qalatasaray"ın keçmiş futbolçusu Sofian Fequli karyerasını Türkiyədə davam etdirəcək.

Apasport.az saytı xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi "Karagümrük"lə anlaşıb.

Əlcəzairli oyunçu Super Liqa klubu qışda qüvvəyə minəcək 1,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Sofian Fequli 5 il ərzində "Qalatasaray"ın heyətində 126 matçda 25 qol vurub, 27 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0