Kanada klublarının həsrəti 30 ilə yüksəldi
16.05.2023 - 22:37
Kanada klublarının həsrəti 30 ilə yüksəldi

Kanada klubları 30 ildir Stenli kubokunu qazana bilmirlər.

Apasport.az-ın məlumatına görə, bu mövsümdə turnirin yarımfinalında ABŞ klubları mübarizə aparacaqlar.

Kanadanı təmsil edən “Edmonton” “Veqas”a uduzaraq, konfrans finalına çıxa bilməyib. Nəticədə kanadalıların uzun illər davam edən uğursuz seriyasına daha bir mövsüm əlavə olunub.

Qeyd edək ki, sonuncu dəfə Kanada təmsilçisi “Monreal” 1993-cü ildə kuboku qazanıb.
 

writer photo
Əlirza Əlirzalı
0