Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir
29.04.2024 - 15:58
Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

"Qarabağ"ın forvardı Redon Cica yayda komandadan ayrılmaqda qərarlıdır.

Apasport.az saytına verilən məlumata görə, albaniyalı hücumçu menecerindən ona uyğun komanda tapmasını istəyib.

Əslində, onun sabiq komandası "Tirana" Redonla bir illik icarə müqaviləsinə hazır idi, lakin onlara FİFA tərəfindən transfer qadağası qoyulduğundan Cica arzusunu reallaşdıra bilməyiblər.

Cicanın hazırda Türkiyə birinci liqa klublarından biri ilə danışıq apardığı iddia edilir. Azərbaycan Premyer Liqasında yarışan klubların da istədiyi Redonun Azərbaycan, Türkiyə və Albaniya klubları arasında seçim edəcəyi gözlənilir.

Cica "Qarabağ"da oynama şansı tapmadığı üçün yayda Azərbaycanı bir illik icarə əsasında belə olsa, tərk etmək istəyir.

Xatırladaq ki, Redon 2023-cü il yanvar ayında "Tirana"dan "Qarabağ"a keçib. O, 2026-cı il iyunun 30-na qədər Ağdam klubuna məxsusdur.

writer photo
Əlirza Əlirzalı
0