Premyer Liqada XI tur son oyununda "Neftçi" ilə "Sabah" qarşılaşıb.
Apasport.az xəbər verir ki, paytaxt derbisində qonaq komanda qələbə qazanıb.
Birinci dövrədə komandalar arasında keçirilən qarşılaşmada tərəflər hərəyə bir dəfə fərqlənmişdilər. Bu dəfə oyunun taleyini bir qol həll edib. "Sabah" 90+5-ci dəqiqədə meydan sahiblərini şoka salacaq qolu vurub. "Neftçi" doğma azarkeşlər qarşısında vacib 3 xal itirərək, lliderlərə yaxınlaşmaq şansını qaçırıb. Murad Musayevin yetirmələri bir həftədə iki qələbə qazanaraq, turnir cədvəlindəki vəziyyətini xeyli yaxşılaşdırıb.
29 oktyabr (bazar)
18:30. "Neftçi” – “Sabah” - 0:1
Qol: Boyan Letiç, 90+5
"Neftçi": 1. İvan Brkiç, 10. Filip Ozobiç, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev (k), 7. Azər Əliyev, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 25. Aaron Olanare, 23. Ataa Caber, 44. Yuri Matias.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Eldar Babayev, 8. Emin Mahmudov, 19. Azər Salahlı, 27. Fərid Yusifli, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 6. Dieqo Valdes, 5. Kenni Sayef, 99. Ervin Koffi, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.
"Sabah": 1. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 18. Davit Volkov.
Məşqçi: Artur Olenin.
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Kamran Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Bakı. “Neftçi Arena” stadionu
|
Bombardirlər: Olavio Juninyo ("Qarabağ") - 7 qol,, Aleksandr Ramalinqom ("Səbail") - 5 qol, Pedro Nuno ("Səbail") - 4 qol