"Tottenhem"dən Udoji qərarı
11.12.2023 - 15:27
"Tottenhem"dən Udoji qərarı

"Tottenhem"in müdafiəçisi Destini Udoji klubu ilə müqaviləsini uzadacaq.

Apasport.az xəbər verir ki, londonlular 21 yaşlı italiyalı ilə yeni uzunmüddətli müqavilə imzalayacaq.

Udoji ötən yaydan "Tottenhem" forması geyinir. O, "Udineze"dən transfer olunub.

Qeyd edək ki, müdafiəçi cari mövsümdə bütün turnirlərdə 14 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib. Onun hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.

writer photo
Əlirza Əlirzalı
0