"Barselona" yayda transferlərdən 120 milyon əldə edə bilər
07.04.2023 - 21:28
"Barselona" yayda transferlərdən 120 milyon əldə edə bilər

"Barselona" yay transfer pəncərəsində 120 milyon avrodan çox qazanacaq.

Apasport.az xəbər verir ki, kataloniyalılar növbəti mövsümün əvvəlinə qədər La Liqanın qaydalarına uyğunlaşmaq üçün bu məbləğə ümid edirlər.

Bu səbəbdən "blauqrana" hazırda icarədə olan demək olar ki, bütün oyunçularını satmağa hazırdır. Yeganə istisna hazırda Osasunada çıxış edən yarımmüdafiəçi Abde Ezzalzulidir.

Bununla belə, icarə əsasında futbolçuların satışından əldə olunan gəlir kifayət etməyəcək. Bu səbəbdən Barça hazırkı heyətin oyunçularını satmağa hazırdır. Satışlar hansı oyunçuların böyük təkliflər almasından asılı olacaq.

Eyni zamanda, heç bir şəraitdə satılmayacaq bir neçə oyunçu var. Onların arasında Pedri, Qavi, Ronald Araujo və Frenki de Yonq da var.

writer photo
Əlirza Əlirzalı
0