“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi braziliyalı vinger Diaqo Santosla böyük ölçüdə razılıq əldə edib.
Yaxın günlərdə onun ictimaiyyətə rəsmi təqdimatı gözlənilir.
24 yaşlı yarımmüdafiəçi ölkəsində “Aymore”, “Qremio”, “Lajadense” kimi klublarının şərəfin qoruyub.
O, 2019-cu ildə vətəni tərk edərək legioner həyatı yaşamağa qərar verib.
“Sambaçı” arxada qalan 3 ili “Vitesk”, “Soliqorsk” (Belarus), “Kolos” (Ukrayna) və “Yaqelloniya” (Polşa) klublarında keçirib.
Hazırda müqavilə ilə “Kolos”a məxsus olan oyunçu son 6 ayı Macarıstanın “Zalaqerseq” klubunda icarədə olub.