Azərbaycan klubundan tarixi uğur - Çempionlar Liqasında
02.09.2022 - 15:42
Azərbaycan klubundan tarixi uğur - Çempionlar Liqasında

Minifutbol üzrə “Beerbaşa” klubu Çempionlar Liqasında 1/8 finala yüksəlib.

Apasport.az Azərbaycan Minifutbol Federasiyasına istinadən xəbər verir ki, təmsilçimiz EMF Çempionlar Liqasında uğurlu çıxışını davam etdirir.

“Beerbaşa” III turda Rumıniya klubu AEK-i məğlub edib. 4:0 hesablı qələbə Azərbaycan klubuna 1/8 finala vəsiqə qazandırıb. 

Təmsilçimiz bu qələbə ilə daha bir tarixi uğura imza atıb. Tarixdə ilk dəfə Azərbaycan klubu minifutbol üzrə Çempionlar Liqasında mərhələ adlayıb.

Qeyd edək ki, “Beerbaşa” qrup mərhələsində keçirdiyi üç oyunda 2 qələbə qazanıb.
 

writer photo
Əlirza Əlirzalı
0