Azərbaycan Kuboku: "Qəbələ" yarımfinalda - YENİLƏNİB
09.02.2024 - 17:57
Azərbaycan Kuboku: "Qəbələ" yarımfinalda - YENİLƏNİB

Bu gün futbol üzrə Azərbaycan Kubokunda son iki yarımfinalçı bəlli olacaq. 

Apasport.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyununda "Qəbələ" "Araz-Naxçıvan"ı qəbul edəcək.

Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma saat 16:00-da başlayacaq. Bakıdakı ilk matçda qalib müəyyənləşməyib - 1:1.

Qeyd edək ki, bu cütün qalibi "Zirə"yə rəqib olacaq.

Azərbaycan Kuboku

1/4 final, cavab oyunları

9 fevral

16:00. "Qəbələ" - "Araz-Naxçıvan" - 2:0 

Qol: Osama Xalayla, 39, Ürfan Abbasov, 42

İlk oyun - 1:1
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Qəbələ şəhər stadionu

"Qəbələ": 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 19. Samuel Tetteh, 6. Feras Abu Akal, 9. Əyyub Allaş, 72. Osama Xalayla

Ehtiyat oyunçular:1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 30. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 17. Yaovi Akakpo, 8. Gilad Abramov

"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed (k), 4. İgor Ribeyro

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 19. Aksel Nqando, 14. Miço Kuzmanoviç, 8. İsmail Azzaui, 27. Numan Kurdiç

writer photo
Əlirza Əlirzalı
0