Azərbaycan Kubokunda 16 mövsümlük rekord qırılıb
31.05.2024 - 10:14
Azərbaycan Kubokunda 16 mövsümlük rekord qırılıb

Azərbaycan Kubokunda son 16 mövsümün rekordu qeydə alınıb.

Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər ki, 2023/2024 mövsümündə indiyədək 140 qol vurulub.

Bu, son 16 turnir üçün mütləq rekorddur.

Qeyd edək ki, sonucu dəfə daha çox qolun vurulması 2007/2008 mövsümünə təsadüf edib. Həmin vaxt bu rəqəm 180-ə bərabər olub.

writer photo
Əlirza Əlirzalı
0