Azərbaycan Kubokunda məhsuldarlıq rekordu
01.02.2024 - 10:11
Azərbaycan Kubokunda məhsuldarlıq rekordu

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında 18 qol vurulub.

Apasport.az xəbər verir ki, “Qarabağ” “Sabah”ı 7:1, “Neftçi” “Sumqayıt”ı 3:2, “Zirə” “Səbail”i 2:1 hesabı ilə məğlub edib.

“Araz-Naxçıvan” “Qəbələ” ilə heç-heçəyə imza atıb – 1:1.

1/4 finalın 4 matçındakı qol sayında yarış tarixinin yeni rekordu qeydə alınıb. Bunadək rekord 17 qolun vurulduğu 2006/07 mövsümünə məxsus idi. Həmin vaxt 1/4 finalın ilk görüşləri məhsuldar alınıb.

writer photo
Əlirza Əlirzalı
0