Azərbaycan kubokunda mövsümün ilk oyunlarının vaxtı dəqiqləşdi
26.10.2022 - 10:03
Azərbaycan kubokunda mövsümün ilk oyunlarının vaxtı dəqiqləşdi

Azərbaycan kubokunun 1/8 final mərhələsinin cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, yeni mövsümün ilk raundunun görüşlərinin yeri və vaxtı müəyyənləşib.

Noyabrın 22-də start götürəcək mərhələ iki günü əhatə edəcək. 1/8 finalda 6 matç baş tutacaq.

Azərbaycan kuboku
1/8 final
22 noyabr (çərşənbə axşamı)

“Qəbələ” – “Araz Naxçıvan”
Qəbələ şəhər stadionu, 15:00 (canlı/pfl.az)

MOİK – “Səbail”
Binə qəsəbə stadionu, 14:00 (canlı/pfl.az)

“Şamaxı – “Turan Tovuz”
Şamaxı şəhər stadionu, 14:00 (canlı/ “CBC Sport”)

23 noyabr (çərşənbə)

“Sabah” – “Qaradağ Lökbatan”
“Bank Respublika Arena”, 17:00 (canlı/ “CBC Sport”)

“Mingəçevir” – “Zirə”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00 (canlı/pfl.az)

“Kəpəz” – “Sumqayıt”
Gəncə şəhər stadionu, 14:00 (canlı/ “CBC Sport”)
 

writer photo
Əlirza Əlirzalı
0