Azərbaycan millisinə QƏLƏBƏ
25.09.2022 - 14:11
Azərbaycan millisinə QƏLƏBƏ

Millətlər Liqasının VI turunun Azərbaycan – Qazaxıstan matçına proqnoz açıqlanıb.

Apasport.az saytının məlumatına görə, futbol eksperti Roman Troitski proqnozsevərlərə tövsiyəsini verib.

O, “Dalğa Arena”da millimizdən qələbə gözləyir: 

Avropanın iki ən şərqi yığması Millətlər Liqasının son turunda üz-üzə gələcək. “Odlar yurdu”nun komandası tez-tez baş məşqçisini dəyişir, lakin ümumi durum olduğu kimi qalır. 

Canni de Byazi dönəmində Zaqafqaziyada yeni Albaniya görmədik. Azərbaycan ötən tur Slovakiyanın qonağı oldu. 

Matç sonluğu ilə yadda qaldı. Meydan sahibləri 93-cü dəqiqədə penaltidən hesabı bərabərləşdirdi. Qonaqlar 95-ci dəqiqədə Haqverdinin qolu ilə qalib gəlməyi bacardı.

Qazaxıstan Maqomed Adiyevin rəhbərliyi altında çox artırıb. Onlar favoritləri büdrətmək bacarığını hələ ötən il Ukrayna ilə Bosniya və Herseqovinaya da göstərib. 

Adiyevin gəlişindən sonra yığma yalnız Belarusla səfərdə heç-heçə edib. Ötən tur isə elə bu rəqib üzərində qələbə ilə 1-ci yeri təmin etməyə nail olub.

Azərbaycan evdə oynayır. Rəqib isə 1-ci yeri tutmasını qeyd etməkdədir. Meydan sahibləri də bundan istifadə edərək qalib gələcək.

Proqnozum: 1
 

writer photo
Əlirza Əlirzalı
0