Millətlər Liqası ilə bağlı proqnozlar açıqlanıb.
Apasport.az saytının məlumatına görə, xüsusi ekspert qrupu hər bir yığmanın öz qrupundakı şanslarını dəyərləndirib.
Azərbaycan yığmasından gözləntilər də bəlli olub. Canni de Byazinin yetirmələrinin mübarizə apardığı C liqasının 3-cü qrupunda istənilən mövqeni tutması mümkündür.
Ekspertlər millinin 1-ci yerlə B liqasına yüksəlməsindən sonuncu olaraq D divizionuna yuvarlanmasına qədər bütün şansları qiymətləndirib. Komandamızın 4 oyundan sonra 4 xalla qərarlaşdığı 3-cü pillədə qalmaq ehtimalı daha yüksəkdir.
1-ci yer – 0,13 faiz
2-ci yer – 3,35 faiz
3-cü yer – 85,71 faiz
4-cü yer – 10,81 faiz
Qeyd edək ki, qrupumuzda Qazaxıstanın 10, Slovakiyanın 6, millimizin 4, Belarusun 2 xalı var. Yığmamız son iki turda Slovakiyanın qonağı olacaq və Qazaxıstanı qəbul edəcək.