“Sevilya”da qala bilmədi, şəhərin digər klubuna keçdi
26.07.2023 - 21:34
“Sevilya”da qala bilmədi, şəhərin digər klubuna keçdi

“Real”ın keçmiş oyunçusu İsko özünə yeni klub tapıb.

Apasport.az saytı xəbər verir ki, o, karyerasını “Betis”də davam etdirəcək.

Komandanın baş məşqçisi Manuel Pelleqrini İskonun transferində maraqlı olub. 31 yaşlı futbolçu ötən ilin dekabrından futbolsuz qalıb. Bir ilə əvvəl Madrid klubundan ayrılan İsko “Sevilya”ya keçmişdi. O, heyətdə möhkəmlənə biımədiyi üçün komandadan ayrılmağa məcbur olmuşdu. İspaniyalı yarımmüdafiəçi qış transferi dövründə karyerasını Almaniyada davam etdirmək şansı qazansa da, “Union Berlin”ə keçid son anda alınmamışdı.

Qeyd edək ki, İsko “Betis”də tibbi müayinədən keçərək, bir illik müqaviləyə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0