Əşrəf Hakimi: “FIFA Mərakeşin medal qazanmasını istəmir”
18.12.2022 - 00:31
Mərakeş millisinin müdafiəçisi Əşrəf Həkimi dünya çempionatının Xorvatiya ilə bürünc oyunundan (1:2) sonra FIFA prezidenti Canni İnfantinonun ünvanına sərt fikirlər səsləndirib.
Apasport.az xəbər verir ki, İnfantino final fitindən sonra xorvatlara bürünc medalların təqdim edilməsi mərasimində iştirak etmək üçün digər rəsmilərlə birlikdə meydana daxil olub.
Hakimi FIFA prezidentini “ən sərt sözlərlə” təhqir edib və “FIFA Mərakeşin medal qazanmasını istəmir” deyərək sözü ona atıb.
Qeyd edək ki, PSJ-nin futbolçusu bu matçda Qətərdən olan hakimdən hədsiz dərəcədə narazı olub.
0
0