Musialadan yeni rekord
14.11.2022 - 00:00
“Bavariya”nın futbolçusu Camal Musiala klub tarixində yeni rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Almaniya klubunda 100 oyun keçirən ən gənc futbolçu adına yiyələnib.
Camal 19 yaş 259 günlüyündə buna nail olub. “Bavariya”nın heç bir oyunçusu bu yaşında 100 matç keçirməyib.
Qeyd edək ki, Camal cari mövsüm 22 oyunda 12 qol və 10 assistə imza atıb.
0
0