Brazilya millisinin üzvü ərəblərin radarında
23.01.2024 - 18:07
Brazilya millisinin üzvü ərəblərin radarında

Daha bir futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Tottenhem"in müdafiəçisi Emerson Royal ərəblərin diqqət mərkəzindədir.

Xüsusilə, Kriştiano Ronaldonun da formasını geyindiyi “Əl-Nəsr” bu keçiddə maraqlıdır. İddialara görə, Braziliya millisinin də şərəfini qoruyan 25 yaşlı futbolçu üçün Ərəbistan klubunun ilk təklifi ingilislər tərəfindən rədd edilib. Futbolçuya olan marağını itirməyən “Əl-Nəsr” rəsmiləri məbləği artırmaqla bu keçidi həll edəcəklərinə inanırlar.

Qeyd edək ki, bu mövsüm 18 oyunda iştirak edən Emerson 1 qol vurub. Müdafiəçinin klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalı futbolçunun dəyərini 18 milyon avro qiymətləndirir.

writer photo
Əlirza Əlirzalı
0