“Qarabağ”ın rəqibi: “Əziyyət çəkmişik ki, cümə axşamları divanda oturmayaq”
07.09.2022 - 17:21
“Qarabağ”ın rəqibi: “Əziyyət çəkmişik ki, cümə axşamları divanda oturmayaq”

“Biz bütün qarşılaşmaları belə gözləyirik. Amma bizdə qələbə həsrəti də var”.

Apasport.az saytının məlumatına görə, bunu “Frayburq”un hücumçusu Vinçentso Qrifo deyib.

29 yaşlı hücumçu Avropa Liqasının “Qarabağ”la matçı öncəsi mətbuat konfransında fikirlərini açıqlayıb: “Heyətimizdə çox sayda milli üzvləri var. Onların da beynəlxalq oyun təcrübəsi az deyil. Çox xoşbəxtik. Amma bütün ötən mövsümü əziyyət çəkmişik ki, cümə axşamları divanda oturmayaq. İndi də burada çıxış etməliyik. “Qarabağ” uzun illərdir beynəlxalq arenada çıxış edir. Bu komandanın heyətində yaxşı futbolçular var”. 

Qeyd edək ki, sabah baş tutacaq “Frayburq” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0