Edin Dzeko “Fənərbaxça”da
22.06.2023 - 23:12
Edin Dzeko “Fənərbaxça”da

Bosniyalı hücumçu Edin Dzeko “Fənərbaxça” çıxış edəcək.

Apasport.az-ın məlumatına görə, 37 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

Bu gün futbolçunun təqdimetmə mərasimi keçirilib. Dzeko yeni klubunda ilə 4,2 milyon avro qazanacaq. O, “Fənərbaxça”da 9 nömrəli foma geyinəcək. 

Qeyd edək ki, son mövsümü “İnter”də keçirən Edin 52 oyunda 14 qol vurub, 5 ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0