Kenan Yıldız Del Pieronun izində
15.08.2024 - 16:16
Kenan Yıldız Del Pieronun izində

Türkiyə millisinin gənc ulduzu Kenan Yıldızın yeni mövsümdə "Yuventus"un heyətində geyinəcəyi forma nömrəsi müəyyənləşib. 

Apasport.az xəbər verir ki, 19 yaşlı futbolçu yeni mövsümdə 10 nömrə ilə çıxış edəcək. 

Xatırladaq ki, "Yuventus"un və İtaliyanın əfsanəvi futbolçusu Alessandro Del Piero da vaxtilə A Seriya klubunda 10 nömrəli formanı geyinib. 

Bir müddət öncə Kenan Yıldız barəsində danışan futbolçu onun bu nömrəyə layiq olduğunu vurğulamışdı: "Kenan Yıldız bu il xüsusi performans göstərdi. Mən olsaydım, ona 10 nömrə verərdim". 

"Yuventus"un heyətində 32 matça çıxan Yıldız 4 qolla yadda qalıb. 

writer photo
Əlirza Əlirzalı
0