32 min əmsallıq UDUŞ
27.11.2022 - 11:14
32 min əmsallıq UDUŞ

Bukmeker kontorlarında növbəti böyük uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, Qətərdə DÇ-2022-nin keçirildiyi vaxtda proqnozsevər mundiala deyil, klub futboluna mərc edib.

Better 6 matça proqnoz verib. Kuponda Kosta-Rika və Avstriya kuboku, yoldaşlıq oyunu, qadınlar arasında İspaniya və Belçika kubokunun oyunları yer alıb.

Bu kuponun əmsalı təxminən 32 minə yaxın olub. O, 31925,84 əmsala 20 rubl (56 qəpik) qoyub. Yekunda xoşbəxt müştəri 169 min 937 (4 min 773,33 manat) rubl uduşa sahib çıxıb.

Qeyd edək ki, kupondakı bütün matçlarda qalib komanda təxmininə üstünlük verilib.


 

writer photo
Əlirza Əlirzalı
0