Adrian Mutunun “Neftçi”yə təyinatı dünya mətbuatında - FOTO
18.07.2023 - 14:17
Adrian Mutunun “Neftçi”yə təyinatı dünya mətbuatında - FOTO

Rumıniyalı əfsanəvi futbolçu Adrian Mutunun “Neftçi”ni seçməsi dünyada maraqla qarşılanıb. 

Apasport.az xəbər verir ki, planetin bir sıra məşhur saytları – İtaliyanın “Calciomercato”, “Tuttomercatoweb”, Türkiyənin “Fanatik”, “NTV Spor”, “Ajansspor”, Rusiyanın “Sport-express”, “Sovetski sport”, həmçinin ABŞ, Böyük Britaniya, İspaniya və s. kimi ölkələrin mətbuatında rumıniyalı mütəxəssislə bağlı müxtəlif yazılar dərc edilib, bu keçid geniş işıqlandırılıb.

Bundan əlavə, “Neftçi”nin Sankt-Peterburq toplanışı zamanı İtaliyanın “Fiorentina” klubunun azarkeş qrupu, Moskvada isə “Çelsi” (İngiltərə) fanatları Mutu ilə görüşüblər, şəkil çəkdirib avtoqraf alıblar. Sankt-Peterburq və Moskvadakı hava limanlarında da ona maraq yüksək olub. “Neftçi”nin sosial media səhifələrindəki paylaşımlara gələn reaksiyalardan da görünür ki, Adrian Mutunun komandaya baş məşqçi təyin olunması böyük əks-səda doğurub, “Neftçi”nin bütün dünyada tanınması baxımından da əlamətdar olub.

Qeyd edək ki, “Neftçi” iyulun 11-də Mutu ilə 2 illik müqavilə imzalayıb. 

writer photo
Əlirza Əlirzalı
0