I Liqa matçında ilk dəfə VAR sistemindən istifadə ediləcək
13.05.2024 - 13:26
Futbol üzrə Azərbaycan I Liqasında XXVI turun “Qaradağ Lökbatan” – “Şamaxı” görüşündə VAR sistemindən istifadə olunacaq.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu sistem yeni adı ilə keçirilən turnirdə ilk dəfə tətbiq ediləcək.
Mövsümün başa çatmasına 2 tur qalmış “Qaradağ-Lökbatan” 53 xalla 1-ci, “Şamaxı” isə 51 xalla 2-ci pillədə qərarlaşıb. Bu səbəbdən çempionluq yolunda böyük əhəmiyyət kəsb edən matçda VAR sisteminin tətbiqinə qərar verilib.
Qeyd edək ki, mayın 16-də keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.
- “Qarabağ” Monteneqro millisinin futbolçusu ilə 2 illik müqavilə imzaladı
- Şimanski "Bayer" yolunda
- Yunan-Roma millimizdən AÇ-də daha bir qızıl medal
- Təbriz Həsənov: “Qarabağ” heç-heçə etsə, bizim üçün elə qələbə kimidir” - MÜSAHİBƏ
- Azər Bağırov: "Neftçi" "Sabah"a uduzsa, avrokuboklardan kənarda qala bilər" - Müsahibə
0
0