Emil Mustafayev Ukraynada qol VURDU
08.04.2024 - 20:19
Emil Mustafayev Ukraynada qol VURDU

Azərbaycan millisinin üzvü Emil Mustafayev Ukrayna çempionatında növbəti dəfə fərqlənməyi bacarıb.

Apasport.az xəbər verir ki, “Polesye” klubunda çıxış edən 23 yaşlı futbolçu Premyer Liqanın XXIII turunda “Minay”a qarşı matçda komandasının 3-cü qolunu vurub. Görüş 3:2 hesabı ilə başa çatıb.

Start heyətində meydana çıxan Emil səfər görüşünün 59-cu dəqiqəsində topu rəqib qapısından keçirib.

writer photo
Əlirza Əlirzalı
0