Azərbaycan millisinin oyununun vaxtı bilindi
15.08.2022 - 12:50
Azərbaycan millisinin oyununun vaxtı bilindi

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Bosniya və Herseqovina ilə qarşı keçirəcəyi oyunun başlama saatı məlum olub.

Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı AFFA-nın mətbuat xidməti yayıb.

Bildirilib ki, sentyabrın 6-da baş tutacaq qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Azərbaycan - Bosniya və Herseqovina görüşü “Dalğa Arena”da keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0