“Şenol Günəş futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi olacaq”.
Apasport.az xəbər verir ki, bu iddia ilə qardaş Türkiyə mətbuatı çıxış edib.
Xəbərlərdə Azərbaycan Futbol Federasiyasının ya yerli, ya da Türkiyədən bir məşqçi ilə yola davam etmək istədiyi bildirilir. Hətta bu məqsədlə Federasiya nümayəndələrinin yaxın günlərdə 71 yaşlı mütəxəssislə görüşərək, mövzu ətrafında müzakirələr aparacağı vurğulanır.
Türkiyəli həmkarlarımız yazılarında CBC Sport və Sportinfo-nun əməkdaşı Elçin Cəfərovla əlaqə saxladıqlarını və Cəfərovun bu məlumatı təsdiq etdiyini də qeyd ediblər.